kodlar.ucoz.com
Вторник, 19.03.2024, 04:58



Приветствую Вас Гость | RSS
[ Главная ] [ HEKAYALAR ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Мини-чат

Наш опрос
adiniz xoshuvuza glir
Всего ответов: 217

SIR

altBir gün çox narahat idim dincəlmək üçün yatağa uzand,bir xeyli uzanmışdım ki,birdən başımda uğultu qopdu qorxudan tez qalxıb yerimin içində oturdum.Nə baş verdiyini başa düşmürdüm ətrafıma baxanda özümün bir bədənimində uzandığım yerdə yatdığını gördüm.Mənim yatan bədənim çox narahat yatdığından ağzı əyilib eybəcər vəziyətə düşmüşdü.Evdə oynayan oğlanlarım mənim belə narahat yatmağımdan nəysə başa düşmüşdülər kimi məni durquzmağa cəhd edirdilər.Onlar mənim yatmış bədənimin qollarından dartaraq məni sirkəliyirdilər,mən isə çaşqın vəziyətdə onlara baxırdım.Nə baş verdiyini başa düşmək üçün ayağa durdum,güzgüyə yaxınlaşıb ağzıma baxmaq istədim ancaq güzgüdə əksimi görmədim.Bu vəziyyətdən çox dilxor oldum dönüb yataqda məni durquzmaq isdəyən uşaqlarıma baxırdım ki,birdən həyətdən qızımın ağlamaq səsini eşitdim.Cəld həyətə qaçdım,qapıdan çıxarkən əlimi qapını açmağa uzadanda qapının ortasından həyətə сıxdım.Qızıma yaxınlaşıb onu yıxıldığı yerdən qaldırmağa cəhd elədim ancaq onu qaldırmağa nə qədər cəhd etdimsə onu tuta bilmədim.Bu vaxt bacımla baldızım bir az aralıda həyətdə evin obiri tərəfində durub söbət edirdilər.Mən hirsli- hirsli onları söyə -söyə onlara qışqırıb onları çağırırdım.Onlar isə heç mənə əhəmiyyət vermirdilər mən onlarin yanına gəlib üzbə-üzə durub yenə qışqırmağa başladım ancaq onlar yenə mənə fikir vermirdilər. Həmin vaxt yoldan ötən qonşu qızımın qolundan tutub onu ayağa qaldırdı.Elə bu vaxt evdə məni durquzmaq isdəyən oğlanlarımın səsini eşitdim yadıma düşdü ki uşaqlar evdə məmi oyatmağa çalışırlar.Mən tələsik evə qayıtdım evə qayıdarkən qapının ortasından necə çıxmışdımsa eləcədə qapının ortasından evə girdim və taxta yaxınlaşıb ani olaraq öz üstümə uzandım zorla yuxudan ayıldım.Yuxudan ayıldıqdan sonra bir xeyli vaxt əl qolumu tərpədə bilmədim sanki onlar heç mənim deyildi.Mən o qədər yornuq idimki başımı güclə tərpədirdim.Uzun cəhddən sonra yavaş-yavaş bir güclə ayağa durdum yıxıla-yıxıla evdən həyətə çıxdım bacımla baldızımın yanına gəlib onları yenidən danlamağa başladımki onlar bayaqdan niyə mənim qışqırığımı eşitmirlər,niyə mənə cavab vermirlər.Onlarsa mənə dedilərki biz nə səni görmüşük nə də sənin çağirdığını eşitmişik.BY MAHAMMAD

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@
 
UCAN AYAGGABI
 
Mənzilə yenicə köçdüyü üçün həyatı təzəcə qaydaya düşmüşdü. Hər gün vaxtında işinə gedib, axşam da vaxtında qayıdırdı.

Hər dəfə evdən çıxanda birinci mərtəbənin pəncərəsində oturub onu salamlayan balaca uşaq diqqətini çəkmişdi. Çox məsum gözləri vardı. İşdən qayıdanda da hər dəfə o məsum gözlərlə qarşılaşırdı. O uşaq diqqətini çəkmişdi, onunla danışmaq istəyirdi.
Günlərin birində həmin pəncərəyə yaxınlaşdı. O uşaqla danışmağa başladı. Sanki bu uşaq daxilində böyük bir dünyanı daşıyırdı. Artıq bu görüş və söhbətləşmələr müntəzəm xarakter almağa başlamışdı. Uşağın atasının Almaniyada olduğunu, yeddi ildir anası ilə yaşadığını, bu illər ərzində atasından bir xəbər almadığını öyrəndikdə çox məyus olmuşdu. Bəlkə də, uşağın daxilində böyük bir dünyanı gəzdirməsi atasının həsrətindən qaynaqlanırdı.
Ramazan bayramı yaxınlaşırdı. Uşağa bir hədiyyə almaq istəyirdi. “Bayramda sənin üçün nə alım?” - soruşduqda uşaq: “Uçan ayaqqabı”, - cavabını vermişdi. Hər halda uşağın fantaziyasıdır deyib, onun cavabına o qədər də ciddi yanaşmamışdı.
Bayram günü bir neçə ayaqqabı alıb, uşaqgilin qapısını döydü. İlk dəfə uşaqla birbaşa görüşəcəkdi. Qəribə bir həyəcan bürümüşdü onu. Qapını əlil arabasında bir uşaq açdı. “Uçan ayaqqabı istədiyim üçün bağışlayın. Axı atamın yanına başqa cür gedə bilməzdim”, - deyə onun üzünə gülümsədi...   by Mahammad

admin bar
 
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@
Форма входа

Календарь новостей
«  Март 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Поиск

Друзья сайта


Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2024      Конструктор сайтов - uCoz